Xalqa atəş açmaqdan imtina edən qazax general intihar etdi

Qazaxıstanın Jambıl vilayətinin polis idarəsinin rəisi Janat Süleymanovun cəsədi tapılıb.

Metbuat.az yerli mənbələrə istinadən xəbər verir ki, onun intihar etdiyi bildirilir. Məlumata görə, hüquq-mühafizə orqanları ölkədə baş verən ixtişaşlarla bağlı Süleymanov barəsində cinayət işi açıb. General-mayor bu məlumatı öyrənəndən sonra özünü güllələyib.

Yerli mənbələr iddia edir ki, general xalqa qarşı odlu silah tətbiq etməkdən imtina edib. Janat Süleymanov barəsindəki cinayət işinin bu səbəbdən açıldığı irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR