Lukaşenkodan ŞOK: Qazaxıstandan sonra bu türk ölkəsində iğtişaşlar olacaq

Belarus prezidenti Aleksandr Lukaşenkonun Qazaxıstandakı hadisələrdən danışarkən dediyi fikirlər müzakirələr yol açıb.

Metbuat.az xəbər verir ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında bilidirib ki, Qazaxıstanla sərhəddə çoxlu beynəlxalq terrorçular toplaşıb. Dövlət başçısının iddiasında görə, məqsəd postsovet respublikaları ətrafında vəziyyəti gərginləşdirməkdir. Lukaşenkonun sözlərinə görə, Özbəkistan Qazaxıstandakı vəziyyətdən dərs çıxarmalıdır. Belarus prezidenti Qazaxıstan və Qırğızıstanı yığılıb qalan problemləri həll etməyə çağırıb.

“Dərslər çıxarılmalıdır. İlk növbədə Özbəkistan dərs almalıdır. Əks halda bizdə olan məlumata görə, Özbəkistanda problemlər yaranacaq” - deyə Lukaşenko bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR