Rusiyalı mütəxəssisdən ÜRKÜDƏN AÇIQLAMA:

""Delta" və "Omikron" ştamlarının hibridinin xüsusiyyətləri barədə danışmaq hələ tezdir, çünki əvvəlcə yeni mutasiyanın ümumiyyətlə mövcud olub olmadığını anlamaq lazımdır".

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun mütəxəssisi Kamil Xafizov məlumat verib. O, qeyd edib ki, laboratoriyada bir sıra qaydalara əməl olunmasa, bəzi nümunələr digərləri ilə çirklənə bilər.

"Laboratoriyada işləmək üçün bir sıra qaydalara əməl edilmədikdə, iki mutasiyanın qarışığı əldə oluna bilər. Bu zaman analiz kifayət qədər təcrübəli mütəxəssis tərəfindən aparılıbsa, nəticədə ortaya çıxan genomlar hər iki ştamın əlamətlərini ehtiva edə bilər. Ona görə də yeni ştamın xassələri, sınaqlar və peyvəndlərin effektivliyi haqqında danışmaq hələ tezdir. İlk öncə bunun yeni hibrid olduğunu və ya laboratoriya çirklənməsi olduğunu anlamaq lazımdır".

Xafizov xatırladıb ki, yaxından araşdırılanda bugünə qədər olan mutasiyaların əksəriyyətinin laboratoriya çirklənməsinə, yəni bəzi nümunələrin digərləri ilə çirklənməsinə oxşar olduğu ortaya çıxıb.

" "Başqasının" deltasının çirklənməsi yeni "delta" növü yaradır. Müəyyən olunan , "Omikron" variantının 25 formasının bəzilərində virusun ümumiyyətlə çoxalda bilməyəcəyi qəribə mutasiyalar var. Ona görə də laboratoriya çirklənməsi istisna edilmir " deyə Kamil Xafizov açıqlamasında vurğulayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR