Azərbaycanda ən bahalı cərrahi əməliyyatlar -

Azərbaycanda son illər bahalı əməliyyatlara tələbat artmaqdadır. Statistika göstərir ki, insanlarda həyati vacib orqanları – ürək, böyrək, qaraciyəri tez sıradan çıxmağa başlayıb.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanda qiyməti “dodaq uçurdan” bahalı əməliyyatların sihayısını hazırlayıb. Bura dəyəri 6-7 mindən yuxarı olan əməliyyatlar daxil edilib. Qiymətlərinə və əhəmiyyətinə, həcminə görə bu əməliyyatları bir neçə qrupa bölmək olar.

Orqan transplantologiyası ölkədə ən bahalı əməliyyatdır.

– Qaraciyər köçürülməsi – 35-40 min manat (donor canlıdan olur, donor xəstənin ailə üzvü, qohumundan)

- Böyrək köçürülməsi – 15-18 min manat

Onkoloji, xərçəng əməliyyatları üzrə ən bahalılar:

– beyin şişləri əməliyyatı (şişin yerləşdiyi yerdən asılı olaraq) – 10-15 min manat

- Mədəaltı vəz, öd yolları onkoloji şişlərində PDR əməliyyatı – 7-9 min manat

- Qida borusu törəmələrində - rezeksiya və süni boru yerləşdirilməsi - 7-8 min manat

Travmatoloji əməliyyatlardan

– Oynaq protezləşdirilməsi endoprotezlər qorulması - Bir oynaq 6000-7000– iki oynaq 10-12 min manat

- Onurğa fəqərələrin dağılması, qırılmasında fəqərələrin protezləşdirilməsi – hər fəqərə arası sahə üçün - 2500 manat – 4-5 fəqərə 8-10 min manat

Damar əməliyyatları - invaziv, qeyri-invaziv -

- Beyin anevrizması, damar yırtılması– 9-10 min manat

- Damar angioplastikaları – aşağı, yuxarı ətraflara stendin qoyulması – bir ayaq 3-4 min, iki ayaq 7-8 min manat

- Beyində stend yerlədirilməsi – bir stent 3-4 min manat

Ürək əməliyyatları

- Ürəkdə damarlara stend qoyulması, stend sayından asılı olaraq, bir stend 2-3min manat. Bir dəfəyə 3-4 stend qoyulduğunu nəzərə alsaq – 8-10 min manat

- Ümumilikdə açıq və ya qapalı olmasından asılı olaraq ürəkdə əməliyyatlar - 9-14 min manat

- Ürəkdə klapan, qapaq əməliyyatları, protezləşdirilmə – 7-9 min manat

DİGƏR:

Mədə kiçiltmə əməliyyatı – bariatrik cərrahiyyə – 5-6 min manat Qiymət əməliyyat zamanı istıfadə olunacaq tək istifadəlik üçün nəzərdə tutulmuş stepler, kartus və s bu kimi alətlərin sayından asılıdır.

Kök hüceyrə köçürülməsi: oynaqlara, onurğa və s. – bir oynaq 3-4 min – ikisi 6-7 min manat

Qeyd edək ki, çox zaman əməliyyatı icra edəcək həkimdən asılı olaraq qiymət dəyişir. Tanınmış, adlı-sanlı cərrahların əməliyyatı daha bahalıdır. Eləcə də klinikadan asılı olaraq qiymətlər 1-2-3 min manat ucuz və ya baha ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR