Elnur Hüseynov "Eurovision"dan sonra neyləyir?

Elnur Hüseynov "Eurovision"dan sonra neyləyir?
12:52 30 May 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanı "Eurovision-2015" mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov iki albom üzərində işləyir

Milli.Az AZƏRTAC-a istinadən xəbərinə görə, bu barədə oikotimes.com saytı məlumat yayıb. 

Müğənni bildirib ki, o, hazırda albom üçün mahnı yazır. 

"Onlardan biri məni "Türkiyənin səsi" yarışmasında dəstəkləyən pərəstişkarlarım üçün türk dilində olacaq. Digərini isə bütün Avropa və "Eurovision" fanlarım üçün ingilis dilində hazırlayacağam", - deyə o qeyd edib. 

Elnur ingilis dilində albomunu tanınmış Azərbaycan pianoçusu və bəstəkarı İsfar Sarabski ilə birgə hazırlayacaq. Albomların buraxılış vaxtının yayda elan ediləcəyi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/347340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR