Ərdoğanın açıqlamaları vəziyyəti dəyişdi: Türk liderə təqdim edilən son nəticələr...

Ötən ilin dekabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı iqtisadi paketdən sonra dövlət başçısının səsləri yenidən artmağa başlayıb.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf partiyasındakı mənbələr açıqlama verib. Bildirilib ki, son günlərdə aparılan sorğunun nəticələri Ərdoğana təqdim edilib. Məlumata görə, sorğuda iştirak edənlərin 65 faizi ölkədəki iqtisadi problemlərin həlli məsələlərində Ərdoğana etibar etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin son həftələrində 1 ABŞ dolları 18 lirə nisbətində idi. Bu da hakimiyyətə etimadı nisbətən azaltmışdı. Ərdoğanın iqtisadi paketi açıqlamasından sonra 1 ABŞ dolları 13 lirə nisbətinə enib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR