Fikrət Qocanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

11:53 30 May 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 may /Trend/

Fikrət Qocanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsində Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi F.Qocanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin təşkilatçılığı ilə keçirilən yubileydə əvvəlcə şairin həyat və fəaliyyətinə nəzər salınıb. Şairin bir sıra xarici dillərə tərcümə olunan əsərlərindən, şeirlərinə bəstələnən musiqilərindən söhbət açılıb.

F.Qoca 1968-cı ildə gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə isə "Humay" mükafatına layiq görülüb.

Qonaqlar F.Qocanı yubiley münasibətilə təbrik edib, ona ən xoş arzularını bildiriblər.

AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova deyib: “Fikrət Qoca elə bir dühadır ki, şeirləri ilə insanı heyrətdə qoyur. Bütün bunları sözlə ifadə etmək mümkün deyil. Yaradıcılığa başladığı gündən yəni şeirləri ilə, özünün poetik deyimləri ilə, fəlsəfi fikirləri və bənzətmələri ilə bütün yazarları heyrətdə qoyub”.

Tədbirin gedişatında şairin bir sıra şeirləri də səsləndirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2400625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR