Bakı-Moskva reysi təxirə salınmayıb?

Bakı-Moskva reysi təxirə salınmayıb?
12:56 30 May 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında ötən gecədən başlayan yağışlı və küləkli hava şəraitinə görə Moskva-Bakı, Bakı-Moskva marşurutu üzrə hərəkət edən təyyarələrin uçuşları əvvəlki qaydada, cədvələ uyğun olaraq davam edir. Heç bir yubanma və başqa hadisə qeydə alınmayıb.

Bunu ANS PRESS-ə "Azərbaycan Hava Yolları" QSC-dan məlumat verilib.

Ötən gün axşamdan bu gün səhərədək Moskvada güclü yağış yağıb. Yağış hava limanlarının fəaliyyətinə də mənfi təsir edib.

Moskvanın Hava Bürosu bildirib ki, bir gecədə yağıntıların bir aylıq norması düşüb. Belə ki, 53 millimetr yağıntı qeydə alınıb. Mayda aylıq norma 51 millimetr təşkil etməli idi.
Yağış ən çox şəhər mərkəzində müşahidə olunub - Balçuq küçəsində 58 millimetr yağıntı düşüb. Bir o qədər də Moskva ətrafında - Odintsovoda, Domodedovo, Dmitrov, Şeremetyevdə qeydə alınıb.

Ümumiyyətlə, Moskvada ayın başlanğıcından indiyədək 106 millimetr yağıntı düşüb. Bu, iki aylıq norma deməkdir. May ayında iki "yağış rekordu" vurulub - biri mayın 19-da, digəri isə ötən gecə. Tufanla müşaiyət olunan yağış saniyədə 12-17 metr sürətlə yayılıb. Küləkli hava şəraiti paytaxtda və regionunda istirahət günlərinədək davam edəcək. Meteoroloqların proqnozuna görə, Moskvada şənbə günü günorta havanın temperaturu 25, bazar günü 23 dərəcə olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=347845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR