Həkimdən XƏBƏRDARLIQ:

“Omikron”un Azərbaycanda peyda olması o deməkdir ki, qısa müddətdə koronaya yoluxma sayında artım müşahidə edə bilərik.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. O bildirib ki, hospitalizasiya olunan şəxslərin sayında da artım ola bilər: “Əhalinin müəyyən bir qismi hələ də vaksinasiya olunmayıb. Onlar arasında həm orta-ağır, həm də ağır infeksiya hallarının baş vermə ehtimalı var. Amma peyvəndin ikinci və ya buster dozasını vurduran vətəndaşlar “Omikron”a yoluxsa belə, əksəriyyəti yüngül keçirəcək”.

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu ştam sürətlə yayıldığı üçün xəstəxanalar yenidən yüklənə və ölüm hallarının sayında artım baş verə bilər:

Vaksinasiya olunmayan və “Omikron” ştamına yoluxmuş insanların bir qisminin hospitalizasiyaya ehtiyacı olacaq. Bu da xəstəxanaların yüklənməsinə gətirib çıxaracaq ki, nəticə etibarı ilə ölüm halları da arta bilər. Bu cür sürətlə artım olarsa, müəyyən bir həddə çatdıqdan sonra məhdudiyyətlərin müəyyən dərəcədə tətbiq olunması istisna edilməməlidir”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR