ÜST: Yaxın zamanda Avropanın yarıdan çoxu yeni ştama yoluxacaq

"Son həftələrdə əldə edilən məlumatlarda "Omikron" ştamının "Delta" variantından daha sürətlə yayıldığı sübut olunub".

Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge deyib. Onun sözlərinə görə, 2022-ci ilin ilk həftəsində Avropada 7 milyondan çox insan yeni ştama yoluxub . Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur:

"Proqnozlara görə, yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarıdan çoxu "Omicron" variantına yoluxacaq. Artıq xəstəxanalara insan axınında da artım müşahidə olunur".

Peyvəndin yeni ştama təsirinə gəlincə, direktor qeyd edib ki, bununla bağlı hələ araşdırmalar gedir, yaxın zamanlarda məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR