Uşaqların internet asılılığı ilə bağlı xəbərdarlıq edildi

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

Qurumun Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumatda uşaqların internet asılılığından xilas olması üçün bəzi tövsiyələr verilib:

- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;

- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq;

- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR