Əyləncə mərkəzinə basqın: Məmurların dəhşətli əməlləri üzə çıxdı -

Türkiyənin Yalova vilayətində polis əxlaqsız qadınlara qarşı əməliyyat keçirib.

Metbuat.az xəbər verir ki, axtarışlar zamanı ümumilikdə 10-u əcnəbi olmaqla 24 nəfər saxlanılıb. Onlardan 14-ü kişidir. Saxlanılanlar arasında 4 dövlət qulluqçusu da var. Məlumata görə, kişilər 10 əcnəbi qadını əxlaqsızlığa cəlb edərək, onların görüşməsi üçün şərait yaradıblar.

Görüşlərdən bəziləri məktəb avtobusunda baş tutub. Tanışlıqlar isə əyləncə mərkəzində olub. Məlum olub ki, əcnəbi qadınlardan biri hamilə qalsa da, onu uşaqdan imtina etməyə məcbur ediblər. Ardınca həmin qadın yenidən əxlaqsızlığa cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR