UEFA Azərbaycanın bu klublarına ödəniş edib

2020/21-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan ayrılmış əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Metbuat.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.

"Neftçi" – 72 866 avro
"Səbail" – 72 866 avro
"Qəbələ" – 72 866 avro
"Zirə" – 72 866 avro
"Sumqayıt" – 72 866 avro
"Sabah" – 72 866 avro
"Keşlə" – 72 866 avro



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR