"Qalatasaray"ın ulduzu "Arsenal" yolunda

"Qalatasaray"ın ulduzu "Arsenal" yolunda
12:01 30 May 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

İngilis klubu "Arsenal" "Qalatasaray"ın urugvaylı qapıçı Fernando Musleranı transfer etmək istəyir.

ANS PRESS-in məlumtına görə, "topçular" türk klubuna təcrübəli qapıçı üçün 20 milyon avroluq təklif etməyə hazırlaşır.

Bu mövsüm Türkiyə Super liqasında nümayiş etdirdiyi oyunla komandasının çempionluğunda pay sahibi olan Musleraya maraq artıb.

Ada mətbuatında ortaya atılan iddiaya görə, "Arsenal" təcrübəli qapıçı üçün İstanbul klubunun qapısını döyəcək. "Cim Bom"un bu təklifə necə reaksiya verəcəyi isə hələlik bilinmir.

Qeyd edək ki, Petr Çexi transfer etmək istəyən "Arsenal" indiyə kimi təcrübəli qapıçından konkret cavab ala bilməyib. Çexin qərarsız qalmasından sonra ingilis klubu başqa isimlər axtarışına başlayıb. "Arsenal" Federasiya Kubokundan sonra transfer barəsində qəti addımlar atacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=347852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR