Ramil Usubov Bərdədə daxili işlər orqanlarında işləmək istəyən gənclərin sıra baxışını keçirib

13:02 30 May 2015
190 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 13:00 ]


Bərdə. Teymur Zahidoğlu - APA. Daxili işlər naziri, general polkovnik Ramil Usubov bu gün Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, baxışda gənclərin daxili işlər orqanlarında xidmət keçməsi üçün müraciətlərinə baxılıb, onlar müsabiqəyə cəlb olunublar.

 

Kadrların seçilib yerləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin yüksəldilməsi məsələlərini diqqət mərkəzində saxlanılması üçün xidmətə namizədlərin seçilməsi nazirliyin yüksək rütbəli əməkdaşları və şəxsən nazir Ramil Usubovun başçılığı altında keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR