Azərbaycanda koronavirusa ən az yoluxmanın qeydə alındığı ərazi

Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR