Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə mühüm bir mərhələnin əsasını qoyub

Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə mühüm bir mərhələnin əsasını qoyub
12:03 30 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Zirə qəsəbə mədəniyyət mərkəzi və N.Yaqubov adına 120 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Yaşa, Azərbaycanım” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Respublika Gününün yaranma tarixi haqqında məlumat verilib. Bildirilib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla ölkəmizin tarixində mühüm bir mərhələnin əsasını qoyub. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində əhəmiyyətli qərarlar qəbul edib.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi əbədi yer tutub.
Tədbir uşaqların rəngarəng rəqsləri, şeirləri, mahnıları ilə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Xalq_Cumhuriyyeti_tariximizde_muhum_bir_merhelenin_esasini_qoyub-859366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR