2 aylıq körpəni mənfi 18 dərəcədəki soyuducuda saxladılar: Bir neçə dəqiqə sonra... - DƏHŞƏTLİ ƏMƏL /

Yaponiyada ata dəhşətli əməl törədib.

Metbuat.az xəbər verir ki, o, 2 aylıq oğlunu mənfi 18 dərəcə temperaturdakı soyuducuya qoyub. Uşaq bir neçə dəqiqə orada qalaraq xəsarətlər alıb. Polis hadisədən xəbər tutandan sonra 42 yaşlı atanı nəzarətə götürüb. Bildirilir ki, ata övladına qarşı başqa formada da şiddət sərgiləyib. Nəticədə 2 aylıq uşaq xəsarətlər alıb. Hadisənin üstü uşağın xəstəxanaya aparılması nəticəsində ortaya çıxıb.

Həkimlər atanın bəhanələrinə baxmayaraq, uşağın xəsarət aldığını müəyyən edərək, polis çağırıb. Ata iddiaları rədd edərək, onunla sadəcə oynadığını irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR