"Sumqayıt" sabiq oyunçusunu yenidən transfer etdi

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK Vüqar Bəybalayevdən sonra daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə 2,5 illik müqavilə imzalayıb. 27 yaşlı oyunçu komandamızda “24” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt” FK-nın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. Abdullayev son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah” klublarında da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət yığma komandamızla 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 millilərimizin də uğurları üçün çalışıb.

Bir 2 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR