Məşhur aktrisa:"Toyumuz fəlakət idi" (FOTO)

Məşhur aktrisa:"Toyumuz fəlakət idi" (FOTO)
12:26 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Dünyanın ən gözəl qadınlarından biri, xoşməramlı səfir Ancelina Coli öz toyundan danışıb. ANS PRESS-in məlumatına görə, aktrisa uzun müddət gözlənilən nikanının pərdəarxası məqamlarını açıqlayıb.

"İlin toyu", "arzuların nikahı","ideal bayram" - Coli ilə Bred Pittin toyu haqqında mətbuatda bu ifadələr işlədilirdi. Bu toyda hər şey var idi - qonaqlar, möhtəşəm məkan, xoşbəxt uşaqlar və 5 milyona satılan toy fotoları. Amma hər şey göründüyü kimi möhtəşəm olmayıb.

Aktrisa özü bu günü təbəssümlə xatırlayır: "Bizim toyumuz fəlakət idi. Başdan heç nə bizim planlaşdırdığımız kimi getmədi".
Hər şey Ancelina Coli və Bred Pittin qarmaqarışıqlıqda toy tortunun sifarişini verməsini unutması ilə başlayıb. Vəziyyətdən çıxış yolunu onların oğlanları Paks tapıb. Adi yumurta belə bişirməyi bacarmayan valideynlərindən fərqli olaraq kulinar bacarıqları ilə seçilən uşaq qısa zamanda valideynləri, qonaqları üçün dadlı desert hazırlaya bilib.

Cütlük ənənəvi banketdən imtina edib. Onlar sadəcə açıq havada açılan gözəl masada pizza yeyiblər.

Bundan başqa plana görə, gəlin kilsəyə girəndə qonaqlar bir ağızdan "Here Comes The Bride" mahnısını oxumalı idilər. Amma bu plan da suya düşüb. Belə ki, kimsə sözləri yadında saxlaya bilməyib, bəziləriisə oxuyub çatdıra bilməyiblər. Nəticədə gülünc mənzərə yaranıb.

Gəlinin fatasını cütlüyün 6 uşağı bəzədiyi üçün onlar rahib qarşısında gülmək tutub. "Bizim nikah çıxışımızı uşaqlar hazırlamışdılar. Onu oxuyanda isə heç kim gülünşünü saxlaya bilməyib".

Lakin gözəl aktrisa baş verənlərdən heç də təəssüflənmir və ərli qadın olmanın gözəl hiss olduğunu deyir. "Biz 10 ildir birlikdəyik və bu qərarın düzgünlüyünə 100 faiz əmin idik. Nigahı qorumaq, uşaqları gözəl tərbiyə etmək üçün hər şeyi etməyə çalışırıq".

Qeyd edək ki, ilin toyu avqustun 23-də baş tutub. Mərasim gizli və qapalı olub. Toyda cəmi 22 nəfər iştirak edib.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR