Azərbaycanda Novruz çərşənbələrinin vaxtı AÇIQLANDI

Azərbaycanda Novruz çərşənbələrinin vaxtı məlum olub.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Metbuat.az-a verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək.

Martın 1-i Od, 8-i Yel (Hava), 15-i isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR