Almaniya “Şimal axını 2”nin ləngiməsinin ƏSL səbəbini AÇIQLADI

Almaniya “Şimal axını 2”nin işə salınmasının ləngiməsinin əsl səbəbini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Bundestaqın xarici siyasət komitəsinin rəhbəri, sosial demokrat Maykl Rot Handelsblatt -a müsahibəsində bildirib ki, “Şimal axını 2 ” layihəsinin işə salınmasına qarşı çıxmaq daha çox digər ölkələrin iqtisadi maraqları ilə bağlıdır. O xatırladıb ki, ABŞ da Rusiya layihəsinə qarşı mübarizədə, xüsusən də Avropa qaz bazarı ilə bağlı öz planlarını icra etməkdə maraqlıdır.

"Bu gün boru kəməri ilə bağlı tənqidlərin çoxu öz maraqlarından irəli gəlir. Axı ABŞ özünün bahalı maye qazını Avropada satmaq istəyir", - Rot bildirib.

Bundestaq deputatı qeyd edib ki, qaz kəməri məsələsi “hətta tərəfdaşlarımız arasında”da mübahisə predmetidir.

“Biz bunu nəzərə almalı və kəmərin daim enerji sektorunda Avropa strategiyasına daxil edilməsini təmin etməliyik”, - deyə alman siyasətçi yekunlaşdırıb.

Eyni zamanda, Rot Rusiyanı Ukrayna ərazisindən qaz tranzitinin 2024-cü ildən sonra da davam etdirilməsinə zəmanət verməyə çağırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR