Bu tarixdə maqnit qasırğası ola bilər -

13-14 yanvar tarixlərində geomaqnit sahədə əsasən sakit şəraitin davam etməsi gözlənilir.

Bu barədə Metbuat.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Məlumata görə, yanvaarın 15-də günün ilk saatlarında sakit şəraitin olacağı, günün sonuna doğru tac dəliyindən çıxan axınlarla əlaqədar G1 sinifli (zəif) maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə Kp indeksin 2-5 intervalında olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR