Rusiya elan etdi: Nəticə yoxdur -

“ABŞ və onun NATO-dakı müttəfiqləri bizim təhlükəsizlik zəmanətlərimiz barədə tələblərimizi qarşılamağa hazır deyil”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov belə açıqlama verib. O bildirib ki, yaxın günlərdə təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün yeni toplantının keçirilməsi mənasızdır. Diplomatın sözlərinə görə, ABŞ və NATO sadəcə özünə uyğun olan təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Rusiyanın ABŞ və NATO qarşısında irəli sürdüyü tələblər arasında NATO-nun şərqə genişlənməsinin dayandırılması, ittifaqın 1997-cı ildən sonra Avropaya yerləşdirdiyi silahları və birlikləri geri çəkməsi və digər şərtlər var.

Qeyd edək ki, bu açıqlamalardan sonra Rusiyanın Ukrayna sərhədinə yaxın bölgələrdə 10 min hərbçi ilə təlimlərə başlaması diqqət çəkib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR