Azərbaycan Qafqazda yeni dönəm yaradıb - Ərdoğan

“Azərbaycan öz ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəm yaradıb”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə keçirilən iclasda söyləyib.

O bildirib ki, bu prosesin ardından Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesinə başlayıb.

"Bu irəliləyişdən sonra Ermənistanla normallaşma mərhələsini başlatdıq. Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla müsbət bir münasibət qurması əhəmiyyət daşıyır", - deyə Ərdoğan vurğulayb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR