Gömrük orqanları 3 ildə 6,5 ton narkotiki dövriyyədən çıxarıb

Azərbaycan gömrük orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-2021-ci illər ərzində 6 ton 523 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Metbuat.az -ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bunu komitə nümayəndəsi (gömrük attaşesi) Əliqulu Cəfərov Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyində keçirilən görüş zamanı deyib.

Nümayəndə bildirib ki, bundan əlavə, 2021-ci ildə 3 ton 43 kq narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR