“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır” -

“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.

Metbuat.az xəbər verir ki, bu sözləri Bakupost.az-a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.

O bildirib ki, bu məsələləri, əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir:

"Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR