Kaladze: "İdman Azərbaycanın həyatında çox vacib rol oynayır"

Kaladze: "İdman Azərbaycanın həyatında çox vacib rol oynayır"
13:17 30 May 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

"İdman Azərbaycanın həyatında çox vacib rol oynayır".

APA-nın məlumatına görə, bunu Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, regionda idmanın inkişafı ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir, onları daha da məşhurlaşdırır:

"Azərbaycanda idman sahəsində böyük işlər görülüb. İdman Azərbaycanın həyatında çox vacib rol oynayır. "Bakı-2015" birinci Avropa Oyunlarına gedəcək Gürcüstanın rəsmi nümayəndə heyətinin tərkibində mən də varam. Şübhəsiz ki, mənim üçün Bakıda keçiriləcək bu tədbir maraqlı olacaq. Gürcüstanı bu möhtəşəm tədbirdə 100-dən çox idmançı təmsil edəcək. İdmançılarımız bu yarışa ciddi hazırlaşırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/347347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR