Dövlət Komitəsindən bağçada döyülən uşaqla bağlı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçalarının birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlayıb.

Metbuat.az xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır.

Onun sözlərinə görə, artıq müvafiq qurumlar da iddia olunan faktla bağlı araşdırmalar aparır və araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən videogörüntülər yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR