Xəyanətdən şübhələndiyi üçün kameranın görüntülərini izlədi - Böyük peşmanlıq yaşadı /

İngiltərədə yaşayan Kristina Delrossi adlı qadının üzləşdiyi hadisə çoxları üçün ibrət ola bilər.

Metbuat.az xəbər verir ki, həyat yoldaşı evə gəlmədiyi üçün qadın onun xəyanət etməsindən şübhələnib. Həyat yoldaşı gecə evə gəldiyini desə də, qadın inanmayıb. Ardınca o həqiqəti öyrənmək üçün müşahidə kameralarının görüntülərini izləyib. Məlum olub ki, ailə başçısı evə gəlib. Lakin sərxoş olduğu üçün qapını aça bilməyib. O, həyat yoldaşını narahat etməmək və gecə səs-küy salmamaq üçün elə qapının yanında gecələyib.

Həqiqəti öyrənən qadın həm sevinib həm də həyat yoldaşını ittiham etdiyinə görə peşmanlıq hissi keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR