Azərbaycanda meyitdən orqan transplantasiyası həyata keçirilir?

"Azərbaycan və dünya praktikasına görə, orqan köçürmə birinci növbədə ailə üzvlərinin və yaxın qohumların iştirakı ilə baş tutur".

Metbuat.az xəbər verir ki, bu barədə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev məlumat verib.

O bildirib ki, bundan sonra isə meyit böyrəklərinin tətbiqinə başlanılır:

"Bildiyiniz kimi, bu il yanvarın 1-dən meyit orqanlarının köçürülməsi haqqında qanun qüvvəyə minib. Qanundan irəli gələn məsələlərin həlli üçün artıq etika komissiya, sosial - hüquqi bazar yaradılır və din xadimləri də cəlb olunur. Bu baza yaradıldıqdan sonra yaxın zamanlarda meyitdən orqan köçürülməsi aktiv həyata keçiriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR