SON DƏQİQƏ: Türkiyə və Ermənistan razılığa gəldi

Bu gün Moskvada Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyanın iştirakı ilə ilk görüş keçirilib.

Metbuat.az xəbər verir ki, danışıqlar 1,5 saat davam edib. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, danışıqlar məhsuldar keçib. Bildirilir ki, tərəflər münasibətlərin tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək məsələsində razılığa gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR