Qazaxıstana başı qarışan Putinə qarşı ŞOK HƏMLƏ:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) elit Ukrayna xüsusi əməliyyat qüvvələrinin və digər kəşfiyyatçıların ABŞ ərazisində təlim keçməsinə nəzarət edir.

Metbuat.az xəbər verir ki, bu barədə "Yahoo News" portalına keçmiş kəşfiyyat və milli təhlükəsizlik rəsmilərindən məlumat daxil olub.

Portalın həmsöhbətlərinin sözlərinə görə, proqram 2015-ci ildə başlayıb. Ukrayna xüsusi təyinatlılarının təlimi ABŞ-ın cənubundakı gizli obyektdə yerləşdirilib. Məlum olub ki, proqram bir neçə həftə üçün nəzərdə tutulub və odlu silahlarla davranış, kamuflyaj texnikası, müxtəlif taktika növləri, həmçinin kəşfiyyatı əhatə edir. Eyni zamanda, mənbələr təlimin heç vaxt hücum hərəkətlərinə yönəlmədiyini iddia edirlər. Portalın qeyd etdiyi kimi, bu cür təlimlərdən keçmiş qüvvələr Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə həlledici rol oynaya biləcəklər.

Yanvarın əvvəlində ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan demişdi ki, Rusiya-Ukrayna sərhədində vəziyyət Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin ötən il noyabrın əvvəlində Moskvaya səfərindən sonra dəyişməyib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR