Türkiyə oyun quran və söz sahibi olan ölkəyə çevirilib -

“Türkiyə bölgədə oyun quran və xain planları pozan ölkəyə çevirilib”.

Metbuat.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, müdafiə sənayesi güclü olmayan ölkələrin gələcəyə etibarlı şəkildə irəliləməsi mümkün deyil. Ərdoğanın sözlərinə görə, Türkiyə həmlələri ilə bölgədə söz sahibi olmağı bacarıb:

“Türkiyə gizli və açıq bütün embarqolara baxmayaraq, bütün sahələrdə milli maraqlarına uyğun həmlələr etdiyi üçün müdafiə sənayesinə borcludur. Türkiyə ehtiyacı olan avadanlıqları özü istehsal edir. Müdafiə Sənayesi məhsullarının ixracının ümumi dəyəri bu il 4 milyard dolları keçəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR