Bakıda QƏRİBƏ OĞURLUQ:

Bakıda qəribə oğurluq hadisəsi baş verib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mağazaların birində qeydə alınıb.

Mağazaya gəlmiş naməlum şəxs piştaxtanın üzərindəki 200 manat pulu götürərək qaçıb.

Sonradan mağaza sahibi S.Musazadə mağazanın içərisində "qələt eləmişəm" sözləri yazılmış kağız və 200 manat olan paket tapıb.

Hazırda naməlum şəxsin axtarışları davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR