Pərakəndə ticarət dövriyyəsi 3 % artıb

2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 3,9 % artıb.

Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir,

milyon manatla

2020-ci ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi44 217,5103,2
o cümlədən:
ərzaq məhsulları21 743,6102,8
içkilər və tütün məmulatları2 287,8100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar6 809,0102,0
elektrik malları və mebellər2 278,3101,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları439,7123,2
əczaçılıq məhsulları və tibbi ləvazimatlar952,0124,8
avtomobil benzini və dizel yanacağı2 494,3103,9
digər qeyri-ərzaq malları7 212,8103,0

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 %-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3 %-ni ticarət müəssisələri, 52,2 %-ni fərdi sahibkarlar, 21,5 %-ni isə bazar və yarmarkalar satıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 % artıb, fərdi sahibkarlar üzrə 1,5 %, bazar və yarmarkalarda 2,1 % azalıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR