Sevinc Hüseynova: “Milli Şuraya daxil olanlar iqtidarla dialoqda iştirak etdilər”

Sevinc Hüseynova: “Milli Şuraya daxil olanlar iqtidarla dialoqda iştirak etdilər”
12:32 30 May 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 13:28 ]


Bakı. Etibar Məmmədov - APA. “Siyasi səhnədə Milli Şuranın Müsavat Partiyasından önə çıxması barədə səslənən fikirlərlə qətiyyən razı deyiləm”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova deyib.

 

Onun sözlərinə görə, Müsavat Partiyası Milli Şuradan fərqli olaraq, ölkədə baş verən proseslərə vaxtında və kəskin reaksiya verir: “Eyni zamanda bir çox problemlərlə bağlı mövqeyini nümayiş etdirir. Milli Şuranın mitinqlərində iştirakla bağlı iki dəfə müraciət etsək də, heç birinə müsbət cavab verməyiblər. Bu baxımdan onların mitinqində iştirak üçün qərar verməmişik, ancaq partiya üzvləri qərarlarında sərbəstdirlər".

 

S. Hüseynova deyib ki, Müsavat iqtidar-müxalifət dialoqunda iştirak etməsə də, Milli Şuraya daxil olan partiyalar orda oturub,  Avropa Oyunlarını müzakirə ediblər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR