Araz Abdullayev "Sumqayıt"da

“Sumqayıt” FK dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb. Təcrübəli oyunçu komandamızda "78" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb. Abdullayev U-17, U-19, U-21 və “A” milli komandamızın şərəfini qoruyub.

Bir 2 nəfər və mətn şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR