Toya hazırlaşan gəlindən İNANILMAZ ADDIM: Qəzəblənib, qayçını götürərək... - VİDEO

Mağazadan inciyən çinli qadın gəlinlik salonunda 32 paltara ziyan vurub.

Metbuat.az xəbər verir ki, satış məntəqəsinin sahibi paltar üçün 900 funt-sterlinq məbləğində depoziti çinli qadına qaytarmaqdan imtina edib. Bundan inciyən gəlin qisas almaq qərarına gəlib və qayçı ilə gəlinlikləri kəsməyə başlayıb. O, dəyəri 10 min funt-sterlinq qiymətləndirilən 32 paltar modelini tikə-tikə doğrayaraq xarab edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ sakini sosial şəbəkələrdə bəydən gizli şəkildə gəlinlik nümayiş etdirdiyi üçün şəbəkə istifadəçilərinin heç də xoş olmayan hərəkətləri ilə üzləşmişdi. 25 yaşlı Kay qısaqol və dərin dekolteli ağ maksi gəlinlikdə poza verib. O, sosial şəbəkədə nişanlısının hesabı olmayan fotosunu yerləşdirib. Bir müddət sonra istifadəçilər onun şəkli yayaraq "Facebook"da gələcək ərinə göndərməyə başlamışdılar.


Aidə Fətəliyeva / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR