Azərbaycanda professor vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, müasir Azərbaycan fəlsəfə elminin görkəmli simalarından biri, fəlsəfə elmləri doktoru, professor Əlikram Mirhəsən oğlu Tağıyev dünyasını dəyişib.

Professor Ə.Tağıyev AMEA Fəlsəfə və Hüquq İnstitutunda "Politologiya" şöbəsinin ilk müdiri olaraq uzun illər rəhbərlik edib. Yüzlərlə elmi dərəcəyə sahiblənən gənc alimlərin tədqiqatlarında elmi rəhbər və elmi məsləhətçi olub. 30 - dan çox elmi monoqrafiyanın, 200 - dən çox elmi məqalələr müəllifi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR