Abşeronda DƏHŞƏTLİ QƏZA: TIR "Opel"i divara yapışdırdı -

Abşeronda ağır yol qəzası olub.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Məlumata əsasən, TIR “Opel Astra” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı TIR minik avtomobilini yolun kənarındakı yarımtikiliyə yapışdırıb. Hadisə zamanı “Mercedes” markalı minik avtomobilinə də ziyan dəyib.

Qəza zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.

Ətrafda olanlar hadisə yerinin görüntülərini lentə alıblar. Həmin videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR