Hüseyndən ikinci həyat yoldaşı ilə bağlı QADAĞA:

"Mən verilişinizdə ilk dəfəyəm, Aysel xanım amma sizdə qonaq olub. Buradan bir söz demək istəyirəm: Dostlarımız (digər verilişlərin aparıcıları - red.) bizdən inciməsin, bizi bərabər heç bir verilişə dəvət etməyin".

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, bunu müğənni, aktrisa olan Aysellə ikinci dəfə ailə həyatı quran məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu həyat yoldaşı ilə birgə təşrif buyurduğu "Zaurla Günaydın" verilişində deyib.

Hüseyn bu verilişdən başqa heç bir efirə Aysellə birgə çıxmayacağını bildirib:

"Biz yalnız Zaurun bu veriilişinə bərabər çıxacağıq. Bundan sonra da əgər nə vaxt dəvət etsəniz, yalnız bu verilişə Aysellə birgə gələcəyəm. Buna görə də heç bir aparıcı dostlarımız inciməsin, biz başqa heç bir verilişə getməyəcəyik".

Xatırladaq ki, klarnet ifaçısı iki qızının anası İnci ilə 2020-ci ildən yollarını ayırıb.

Hüseyndən ikinci həyat yoldaşı ilə bağlı QADAĞA: Bir də heç kim... - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR