Nazarbayevin kürəkənləri işdən çıxarıldı

"KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və "QazaqGaz" SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Samruk-Kazyna” Dövlət Fondu məlumat yayıb.

Qeyd edək ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır. Şaripbayevin isə, Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR