Müharibə veteranları yanvardan 80 manatı ala biləcəklər

"Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və vəsiqəsini, həmçinin aylıq 80 manat təqaüdü yanvar ayı ərzində ala biləcəklər. Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzləşmiş elektron informasiya sistemi olan Zəfər altsisteminə daxil edilən şəxslərlə bağlı işlər ayın sonunadək yekunlaşdırılacaq”.

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov REAL TV-yə açıqlamasında deyib.

O bildirib ki, vətəndaşlara sosial dəstəyin verilməsi istiqamətində atılan addımlar Vətən müharibəsində iştirak edən vəzifəsindən və orada gördüyü işlərdən asılı olmayaraq, bütün iştirakçıları əhatə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR