Rəqsanənin qızı səhnədən gedir

Müğənni Rəqsanə İsmayılovanın qızı, müğənni Aysun İsmayılova şəxsi həyatı haqqında danışıb.

Metbuat.az xəbər verir ki, Aysun İsmayılova "İnstaqram"da canlı yayım açaraq yanvarın 26-da baş tutacaq nişan mərasimindən bəhs edib:

"Nişan tarixini dəqiqləşdirmişik, toy tarixini yox. Ailə qurandan sonra sənətdən gedəcəm".

İfaçı nişanlısının Goranboy rayonundan olduğunu deyib: "Onun 28 yaşı var, namaz qılır. Üzünü göstərmək istəmirəm. Ailə qurandan sonra da Moskvada yaşamağı düşünürük. Toy mərasimi həm Moskvada, həm də Bakıda olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR