Acun Ilıcalının qızları qəzaya düşdü -

Türkiyəli iş adamı, "TV8" telekanalının sahibi Acun Ilıcalı qızlarının olduğu cip qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, hadisə Boluda Kartalkaya xizək mərkəzindən qayıdan yolda baş verib. Lüks avtomobilin sürücüsü buz bağlayan yolda idarə etməni itirib və cip meşəlik əraziyə aşıb.

Maşında olan sürücü və sərnişinlər - Leyla ilə Yasemin Ilıcalı xəsarət almadan xilas olub. Ağaclara çırpılaraq dayanan nəqliyyat vasitəsi isə yararsız hala düşüb.

Bildirilib ki, hadisə onlar istirahətdən geri qayıdarkən olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR