Azərbaycanlı dünyanın ən məşhur cütlüyü üçün klip çəkdirdi (FOTO)

Azərbaycanlı dünyanın ən məşhur cütlüyü üçün klip çəkdirdi (FOTO)
13:41 30 May 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı modelyerdən dünyanın ən məşhur cütülüyünə sürpriz. ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə, xüsusilə Instagram-da fenomen olan “Follow Me” (Məni izlə) adlı fotoları ilə məşhurlaşan fotoqraf və sevgilisi evlilik hazırlığına başlayıblar.

Fotoqraf Murad Osman və Nataliya Zaxarova toydan öncə İstanbula səfər ediblər.
Cütlük iyun ayında Moskvada bir qəsrdə nigaha daxil olacaqlar.

Cütlüyün toy təşkilatçısının memarı olan Azərbaycan moda və sənət dünyasının tanınmış siması Gülsara onlar üçün mahnı yazdırıb. O, toy üçün xüsusi mahnı bəstələyib.

O, mahnını müğənni Ziynet Sali ilə birlikdə səsləndirib. Gülsara və Sali klip üçün İstanbulun tarixi məkanlarını seçiblər. Onlar mələk geyimində kamera qarşısına keçiblər.

Xatırladaq ki, cütlük dünyanın bir çox məkanlarında, o cümlədən Bakıda da fotolar çəkdirib.













Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=347870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR