Tərtərdə ağır qəza: ölən var

Tərtərdə yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Xoruzlu kəndində qeydə alınıb.

Belə ki, "VAZ" 2106 markalı avtomobil elektrik dirəyinə çırpılıb. Bərdə rayonu Güloğlular kənd sakini 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlu qəzaya uğrayan avtomobildəkilərə kömək etməyə çalışarkən, cərəyan vurması səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR