Poroşenko Kiyev hakimiyyətini HƏDƏLƏDİ: Ölkəyə girişimə qadağa qoyublar, məndən qorxurlar

Poroşenko çağırış vərəqəsindən imtina edərək Kiyev hakimiyyətini cəzalandıracağı ilə bağlı hədələyib.

Metbuat.az xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko çağırışa məhəl qoymadan, çağırış vərəqəsini təqdim etmədən pasport nəzarətindən keçməyi bacarıb.

“Pasportumu əlimdən aldılar, bunu şəxsiyyətimi müəyyənləşdirmək lazım olması ilə izah etdilər. Onlar mənim Poroşenko olduğuma şübhə edirlər, 15 dəqiqədən artıqdır ki, mənim adi biometrik pasportumu yoxlayırlar, ölkəyə girişimin qarşısını almaq üçün ssenari hazırlayırlar. Bizi o qədər gözlədilər ki, bizdən o qədər qorxurlar və müxalifətə təzyiq etmək üçün təhlükəsizlik qüvvələrinə qanunsuz göstərişlər verirlər”, - deyə siyasətçi pasport nəzarətində baş verənləri şərh edib.

Ukrayna Dövlət Təhqiqat Bürosunun nümayəndələri Poroşenkoya güc tətbiq edilməsini təkzib ediblər.

Gülbəniz Hüseynli / METBUAT. AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR