AQTA daha 3 iaşə obyektində pozuntular aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 16-da ölkə üzrə 466 ictimai iaşə obyektində 824 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 83 ünvanında yerləşən, fiziki şəxs Samed Batuhan Çobana məxsus kafe;

2. Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva küç., ev 97 ünvanında yerləşən, fiziki şəxs Bayramov Bəhram Niyazi oğluna məxsus “D’Lite” restoranı;

3. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Ağaoğlu küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Ramil Almas oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR